Bank Of Baku

İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 16 yanvar 2009 10:14 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi, Biləsuvar rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəhmətabad kənd sakinləri Vaqif Süleymanov və Vüsal Binyətov 5 kiloqram heroini İran İslam Respublikasından Azərbaycana keçirərkən tutulublar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində V. Süleymanovun həmkəndlisi Vüqar İsmayılovla birgə Səmədabad kəndi ərazisində gizlətdikləri 33 kiloqram 70 qram həşiş, 520 qram heroin və 180 qutu təsiredici həblər aşkar edilərək götürülüb. V. İsmayılovun tutulması üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR