Bank Of Baku

Hüquq müdafiəçiləri Gəncə məhkəmələrində və təcridxanalarında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Gəncə məhkəmələrində və təcridxanalarında monitorinq keçiriblər
# 16 yanvar 2009 11:43 (UTC +04:00)
Bakı-APA. Demokratiya və İnsan Hüquqları Komitəsinin (DİHK) sədri Çingiz Qənizadə və qurumun əməkdaşları Gəncə şəhər Polis İdarəsinin, polis bölmələrinin müvəqqəti saxlanma təcridxanalarında, Gəncə Apellyasiya Məhkəməsində, Nizami və Kəpəz rayon məhkəmələrində monitorinq keçiriblər. Çingiz Qənizadə bildirib ki, məhkəmələrdə monitorinqin keçirilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə həyata keçirilən “Məhkəmələrdə işlərə baxılması zamanı prosessual hüquq normalarına əməl edilməsi” layihəsi çərçivəsində baş tutub. Hüquq müdafiəçisi deyib ki, o və DİHK-nin təmsilçiləri Gəncə Apellyasiya Məhkəməsində, Nizami və Kəpəz rayon məhkəmələrində keçirilən proseslərdə iştirak ediblər.
DİHK təmsilçiləri həmçinin Polis İdarəsinin və polis bölmələrinin müvəqqəti saxlanma təcridxanalarında olub, saxlanılan şəxslərlə görüşüblər. Ç. Qənizadə deyib ki, monitorinqlərin nəticələri barədə daxili işlər nazirinə və Məhkəmə-Hüquq Şurasına məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR