Bank Of Baku

Bacısının evindən oğurluq etməkdə təqsirləndirilən Bakı sakini özünü yandıraraq öldürüb

Bacısının evindən oğurluq etməkdə təqsirləndirilən Bakı sakini özünü yandıraraq öldürüb
# 16 yanvar 2009 12:57 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Zabrat qəsəbəsi, Oktyabr küçəsində baş verib. Məlumata görə, Yasamal rayon sakini, 1982-ci il təvəllüdlü Elnur Nüsrət oğlu Ağayev ötən gün sözügedən ünvanda yaşayan bacısının evindən 200 manat dəyərində taxta qapılar oğurlayıb. Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsinə məlumat daxil olan kimi, E. Ağayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Artıq etdiyi oğurluq əməli barədə məlumatın polisə daxil olduğundan xəbər tutan E. Ağayev bu gün oğurladığı qapıları gətirərək bacısıgilə gəlib. O, elə həmin ünvanda üzərinə benzin törərək özünü yandırıb. Qohumları onun həyatını xilas etmək istəsələr də bu mümkün olmayıb. E. Ağayev aldığı yanıq xəsarətindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR