Bank Of Baku

ABŞ-dan olan hakimlər azərbaycanlı həmkarları üçün seminar keçiriblər

ABŞ-dan olan hakimlər azərbaycanlı həmkarları üçün seminar keçiriblər
# 16 yanvar 2009 13:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Məhkəmə-Hüquq Şurası ABŞ səfirliyi ilə birgə azərbaycanlı hakimlər üçün seminar keçirib. Bu barədə APA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib. Məlumata görə, ABŞ-ın ölkəmizdəki səfirliyi ilə səmərəli əməkdaşlıq nəticəsində yeni təyin edilmiş hakimlər üçün “Hakimlərin müstəqillik və məhkəmə zalının idarə olunması” (ABŞ təcrübəsi) mövzusunda təşkil edilən dörd günlük seminar ABŞ-dan olan nüfuzlu mütəxəssislər Las Veqas və Nyu Orlean şəhərlərinin baş hakimləri F.Pro və H.Berriqan, dairə prokuroru C.Peterson və professor A.Uayner tərəfindən aparılıb. Seminarda 50 hakim iştirak edib.
Məhkəmə-Hüquq Şurasında interaktiv metodlarla təşkil olunmuş seminarda insan haqlarının etibarlı təmin edilməsi, hakim etikası və peşəkarlığı, məhkəmə zalının idarə olunması, sürətli məhkəmə baxışı və s. mövzular üzrə mühazirələr dinlənilib, səmərəli təcrübə mübadiləsi və müzakirələr aparılıb.
Amerikalı mütəxəssislər seminarda iştirak edən hakimlərin hazırlığından məmnun olduqlarını, bunun Azərbaycanda hakimlərin seçilməsi prosesini yüksək tələbkarlıqla və obyektiv həyata keçirilməsinə dəlalət etdiyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR