Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından 2 meyit çıxarılıb, 7 nəfər isə yaralanıb - YENİLƏNİB

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından 2 meyit çıxarılıb, 7 nəfər isə yaralanıb - <font color=red>YENİLƏNİB </font>
# 16 yanvar 2009 14:01 (UTC +04:00)
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Cavad Xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra yanğın başlayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev APA-nın hadisə yerində olan əməkdaşına bildirib, dağıntılar altından 2 meyit çıxarılıb. 4 nəfər isə hadisə zamanı yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və təcili tibbi yardım maşınları gəlib. Yanğının qarşısı alınıb. Xilasetmə tədbirləri davam etdirilir.

Yaralılardan biri - 38 yaşlı Sürəyya Sadıqova qapalı kəllə beyin travması ilə Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisə zamanı xəsarət almış 6 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR