Bank Of Baku

Elçin Behbudov 1 saylı istintaq təcridxanasında olub

Elçin Behbudov 1 saylı istintaq təcridxanasında olub
# 16 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olub. E. Behbudov APA-ya açıqlamasında bildirib ki, istintaq təcridxanasında müttəhimlər - 1985-ci il təvəllüdlü Axundov İlham Elxan oğlu və 1965-ci il təvəllüdlü Yusifov Aydın İmamverdi oğlu ilə onların qohumlarının müraciəti əsasında görüşüb. Onun sözlərinə görə, quldurluqda ittiham olunan İ. Axundovun cinayət işinə hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır: “İlham Axundov cinayət işinə qərəzli yanaşmadan gileylənib. Əsas şikayəti prokurorun fəaliyyəti ilə bağlıdır. Aydın Yusifov isə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddəsi ilə təqsirləndirilir. Bu şəxs də istintaqdan narazıdır və özünü təqsirli bilmir”. Hüquq müdafiəçisi hər iki şəxsin işi ilə əlaqədar müvafiq təşkilatlara müraciət edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR