Bank Of Baku

Məscidin sökülməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə fevralın 10-da baxılacaq

Məscidin sökülməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə fevralın 10-da baxılacaq
# 16 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yasamal rayon Dini İcması Murtuza Muxtarov 190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi fevralın 10-da keçiriləcək.
Bakı Apelyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, yanvarın 12-də məhkəməyə daxil olan şikayətə hakim Gündüz Quliyevin sədrliyi ilə Mülki İşlər üzrə Kollegiyada baxılacaq.

Qeyd edək ki, ötən il noyabrın 28-də Yasamal rayon Məhkəməsi Yasamal rayon İcra Hakimiyyətinin qeyri-qanuni tikilinin sökülməsinə dair iddiasını təmin edərək rayonun M. Muxtarov küçəsi, 190 ünvanda yerləşən məscidin sökülməsinə dair qətnamə qəbul edib. Məhkəmə qətnaməsində həmin ünvanda təyinatı məlum olmayan qeyri-yaşayış sahəsinin tikildiyi, qeyri-yaşayış sahəsinin - məscidin sökülməli olduğu qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR