Bank Of Baku

4 nəfəri öldürdüyünə görə, ömürlük azadlıqdan məhrum edilən Yardımlı sakininin apellyasiya şikayətinə yanvarın 28-də baxılacaq

4 nəfəri öldürdüyünə görə, ömürlük azadlıqdan məhrum edilən Yardımlı sakininin apellyasiya şikayətinə yanvarın 28-də baxılacaq
# 16 yanvar 2009 15:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilən Yardımlı rayon sakini Niyaməddin Nuriyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yanvarın 28-də keçiriləcək. Bakı Apellyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, prosesə hakim Rəsul Səfərov sədrlik edəcək.
İttiham aktına görə, Nərimanov rayonunda 2008-ci il aprelin 15-də rayonun Yusif Vəzir Çəmənzəminli küçəsindəki yeni istifadəyə verilən binanın mənzillərinin birində Bakı şəhər sakinləri Ofeliya Abbasova, onun qızları Sevinc və Xanım, eləcə də 8 yaşlı nəvəsi Fəridi Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nuriyev tərəfindən kəsici-deşici alətlərlə qətlə yetirib. O, törətdiyi cinayətin izini itirmək məqsədilə özü ilə gətirdiyi benzinlə evi yandırıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub. Məhkəmənin hökmü ilə Niyaməddin Nuriyev ömürlük azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR