Bank Of Baku

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
# 16 yanvar 2009 15:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatından APA-ya daxil olan bəyanatda qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar günündə Azərbaycan xalqının üzləşdiyi qanlı faciə misilsiz vəhşilik nümunəsi kimi sovet imperiyasının bədnam tarixinə düşüb, bəşər tarixinə isə dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən qatı cinayətlərdən biri kimi həkk olunub: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox rayonuna yeridilib, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulub. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürüb, 600-dən çox adam yaralanıb, ölçüyəgəlməz dağıntılar törədilib”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına və digər təşkilatlara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR