Bank Of Baku

Ombudsmanın nümayəndələri Eynulla Fətullayevlə görüşüblər

Ombudsmanın nümayəndələri Eynulla Fətullayevlə görüşüblər
# 16 yanvar 2009 16:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın Ombusman Aparatının əməkdaşları Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin 8, 12 və 13 saylı Cəzaçəkmə müəssisələrinə baxış keçirərək məhkumlarla görüşüblər. Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkumlar görüş zamanı saxlanma şəraitindən narazılıq etməyib, onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər.

Aparatın əməkdaşları 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayevlə görüşüblər. O, müvəkkilin müdaxiləsindən sonra istədiyi qəzetlərin ona verildiyini söyləyib. E. Fətullayev Cəzaçəkmə Müəssisəsinin rəhbəri və əməkdaşları ilə hazırda heç bir problemin olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR