Bank Of Baku

Azərbaycan paytaxtında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb, daha 1 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur

Azərbaycan paytaxtında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb, daha 1 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur
# 16 yanvar 2009 20:03 (UTC +04:00)
F. Həsənəliyev dağıntılar altında daha bir nəfərin qaldığının ehtimal olunduğunu söyləyib. Dağıntılar altında qaldığı güman edilən şəxs Nərgiz Hüseynovanın qızı Elnarə Murtuzəliyevadır. Paytaxt prokurorunun 1-ci müavini hadisə nəticəsində 4 nəfərin həlak olduğunu, 10 nəfərin yaralandığını qeyd edib: “Ölənlər 47 yaşlı Hüseynova Nərgiz Bəhlul qızı, 37 yaşlı Tahirov Osman Rüstəm oğlu, 50 yaşlı Ələkbərov Hafiz Nurulla oğlu və 31 yaşlı Bağırova Fərqanə İlyas qızıdır”. F. Həsənəliyev yaralılardan 5-nin tibbi yardım göstərildikdən sonra evə buraxıldığını bildirib.

Ərazidə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonu Cavad Xan küçəsi, 30 ünvanında yerləşən yaşayış binasında partlayış yanvarın 16-da saat 16.00 radələrində baş verib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2 maddəsi (səhlənkarlıq, ağır nəticələrə səbəb olma) ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR