Bank Of Baku

Azərbaycanın Masallı rayonunda 28 yaşlı qız özünü asıb

Azərbaycanın Masallı rayonunda 28 yaşlı qız özünü asıb
# 16 yanvar 2009 20:08 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda intihar hadisəsi olub. Masallı rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Masallı rayonunun Qızılağac kəndində baş verib. Prokurorluqdan bildirilib ki, kənd sakini, 1981-ci il təvəllüdlü Samirə Abdulla qızı Sevdimalıyevanın meyiti yaşadığı evin həyətindəki təndirxanada kəndirdən asılmış vəziyyətdə tapılıb. İlkin baxış zamanı üzərində zorakılıq əlamətlərinin aşkar olunmadığı S. Sevdimalıyevanın intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR