Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından daha bir meyit çıxarılıb, ölənlərin sayı 5-ə çatıb, 15 nəfər xəsarət alıb

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından daha bir meyit çıxarılıb, ölənlərin sayı 5-ə çatıb, 15 nəfər xəsarət alıb
# 16 yanvar 2009 22:28 (UTC +04:00)
Bununla da, partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, dağıntılar altından ölü olaraq çıxarılan şəxs, 1980-ci il təvəllüdlü Elnarə Murtuzəliyevadır. Xilasetmə tədbirlərinin artıq başa çatdığını qeyd edən nazir müavini dağıntılar altında heç kimin qalmadığını vurğulayıb. E. Mirzəyev partlayış nəticəsində 15 nəfərin xəsarət aldığını, xəsarət alanlardan 1-nin xəstəxanada dünyasını dəyişdiyini, 4 nəfərin isə ambulator yardımdan sonra evə buraxıldığını deyib. Hazırda 10 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirən nazir müavini onlardan 4-nün vəziyyətinin ağır olduğunu vurğulayıb.

E. Mirzəyev binanın sakinlərinin köçürülməyəcəyini, yalnız partlayışın baş verdiyi 4-cü blokun sakinlərinin evakuasiya olunduğunu da sözlərinə əlavə edib. Nazir müavini hadisənin qaz sızmasından baş verdiyini bir daha təkrarlayaraq, faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyini söyləyib.

Qeyd edək ki, E. Murtuzəliyevanın anası, 47 yaşlı Nərgiz Bəhlul qızı Hüseynova da partlayış zamanı həlak olub. Partlayış nəticəsində həlak olan digər şəxslər isə 37 yaşlı Tahirov Osman Rüstəm oğlu, 50 yaşlı Ələkbərov Hafiz Nurulla oğlu və 31 yaşlı Bağırova Fərqanə İlyas qızıdır.

Qeyd edək ki, yanvarın 16-da saat 16.00 radələrində Nəsimi rayonu Cavad xan küçəsi, 30 ünvanında yerləşən yaşayış binasında partlayış baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2 maddəsi (səhlənkarlıq, ağır nəticələrə səbəb olma) ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR