Bank Of Baku

Azərbaycan paytaxtında 26 yaşlı gənc qısqanclıq zəminində qadını boğub öldürdükdən sonra meyitini yandırıb

Azərbaycan paytaxtında 26 yaşlı gənc qısqanclıq zəminində qadını boğub öldürdükdən sonra meyitini yandırıb
# 17 yanvar 2009 08:51 (UTC +04:00)
Bakı Şəhər baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Şimal QRES qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əlizadə Pərvanə Telman qızı yanvarın 15-də saat 08.00 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb. Əzizbəyov Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində məlum olub ki, 1983-cü il təvəllüdlü Əsgərov Mahir Tahir oğlu P. Əlizadəni həmin gün saat 20:00 radələrində Şüvəlan qəsəbəsi Gülçülük sovxozunda özünə məxsus “VAZ-2106” markalı, 10 LX 184 dövlət nömrə nişanlı maşınında qısqanclıq zəminində boğaraq öldürüb, sonra isə üzərinə yanacaq tökərək yandırıb. Hadisəni törətmiş şəxs, əvvəllər məhkum olunmuş M. Əsgərov artıq həbs olunub.

Faktla bağlı Əzizbəyov Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR