Bank Of Baku

Yaşayış binasında partlayışın qaz sızması nəticəsində baş verdiyi sübuta yetirilib - FOTOSESSİYA

Yaşayış binasında partlayışın qaz sızması nəticəsində baş verdiyi sübuta yetirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 yanvar 2009 10:29 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin rəisi Tahir Əliyev deyib. O bildirib ki, aparılan araşdırma zamanı mənzildə qazın layihədən kənar, rezin boru vasitəsilə sobaya birləşdirildiyi müəyyənləşdirilib. Partlayış baş verərkən qaz kranı açıq olub. T. Əliyev əhaliyə verilən qazın tərkibinin təmiz olduğunu da əlavə edib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev isə hadisə nəticəsində ölənlərin dəfninin dövlət tərəfindən həyata keçiriləcəyini bəyan edib. O, dünyasını dəyişən şəxslərin Tərtər, Kürdəmir, Qax və digər rayonlardan olduqlarını və həmin mənzillərdə kirayədə qaldıqlarını açıqlayıb. N. Məhəməliyev partlayış baş verən blokun evakuasiya olunan sakinlərinin müvəqqəti yerləşməsi üçün rayon ərazisindəki orta məktəb və uşaq bağçasında yer ayrıldığını da ifadə edib.

Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev isə fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (ölümə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə açılan cinayət işi üzrə araşdırmaların davam etdirildiyini söyləyib. Prokuror köməkçisi cinayət işinin istintaqına Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Xanlar Qafarovun başçılıq etdiyini deyib: “Hadisə yerində müayinələr keçirilir. Bu proses bir həftəyə qədər davam edə bilər. Bundan sonra ekspertiza təyin ediləcək”.

İstintaqı aparan şəhər prokurorluğunun müstəntiqi Zakir Saatov hələlik heç kimin saxlanılmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR