Bank Of Baku

Bərdədə qətl hadisəsi baş verib

Bərdədə qətl hadisəsi baş verib
# 17 yanvar 2009 10:39 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu – APA. Bərdə rayonunun Uğurbəyli kəndində qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakini, 1989-cu il təvəllüdlü Müzəffər Abbasov 1977-ci il təvəllüdü həmkəndlisi Mətləb Məhərrəmova üç bıçaq zərbəsi endirərək onu öldürüb. Hadisəyə Müzəffər Abbasovun bacısı Günel Abbasovanın sevdiyi oğlana qoşulub qaçması səbəb olub. Belə ki, valideynləri 19 yaşlı G. Abbasovanı zorla sevmədiyi adama vermək istəyiblər. O isə sevdiyi Teymur Mehdiyevə qoşularaq qaçıb. Qardaşı Müzəffər qisas almaq məqsədilə Teymur Mehdiyevin yaxın qohumu olan Mətləb Məhərrəmovu qətlə yetirib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR