Bank Of Baku

Bina partlayışında xəsarət alan şəxslərin müalicəsi davam etdirilir - FOTOSESSİYA

Bina partlayışında xəsarət alan şəxslərin müalicəsi davam etdirilir - <font color=red>FOTOSESSİYA</font>
# 17 yanvar 2009 11:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakının Nəsimi rayonu ərazisində, Cavad xan küçəsi 30 ünvanında baş verən partlayış zamanı xəsarət alan şəxslərin müalicəsi davam etdirilir. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzin baş həkim müavini Adil Salamov məlumat verib. O bildirib ki, hadisə zamanı xəsarət alan şəxslərdən 9-u Klinik Tibbi Mərkəzə gətirilib. Onlardan biri xəstəxanaya gətirilərkən dünyasını dəyişib. Digər 8 nəfərdən 6-sı yanvarın 17-də evə buraxılıb. Qalan 2 nəfərin 1-i reanimasiyada, digəri isə vəziyyəti yaxşı olduğundan ümumi palatada müalicə olunur.

Elmi-Tədqiqat Ortopediya İnstitutunun baş həkimi Fuad Quliyev isə xəstəxanada partlayışda xəsarət alan 2 xəstənin müalicə olunduğunu söyləyib. Onların hər ikisi partlayış baş verərkən binanın ətrafında olublar. Baş həkimin sözlərinə görə, xəstələrdən birinin sol əli və ayağı, digərinin isə sol diz oynağı zədələnib.

Xatırladaq ki, partlayış zamanı 5 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR