Bank Of Baku

Qadınları cinsi istismara məruz qoymaqda və öz evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən şəxslər həbs edilib

Qadınları cinsi istismara məruz qoymaqda və öz evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən şəxslər həbs edilib
# 17 yanvar 2009 11:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan qadınlarını gəlir əldə etmək məqsədilə Dubaya apararaq cinsi istismara məruz qoymaqda və öz evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Gülmayə Sadıqova gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar həbs olunub. Keçirilən digər əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Venera Əliyeva evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR