Bank Of Baku

Hüquq müdafiəçiləri Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və 4 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və 4 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçiriblər
# 17 yanvar 2009 12:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ədliyyə Naziri yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitə yeni tərkibdə ilk monitorinqini həyata keçirib. Komitənin koordinatoru Sahib Məmmədov APA-ya bildirib ki, bu gün Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və 4 saylı Cəzaçəkmə Müəssisəsində olublar. S. Məmmədov adıçəkilən müəssisələrdə yataqxanaların vəziyyəti, cərimə kameraları, tibbi xidmət, həmçinin qidalanma ilə maraqlandıqlarını bildirib. Monitorinq zamanı saxlanma şəraitinin normal olduğu müəyyən edilib, işgəncə və digər hallar qeydə alınmayıb.

Bununla belə, S. Məmmədov sözügedən müəssisələrdə vakansiya və tibb heyətinin az olduğunu bildirib.

O, monitorinqin yekun nəticələri barədə hesabat hazırlayaraq Ədliyyə Nazirliyinə təqdim etdiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR