Bank Of Baku

Bakı-Qazax yolunun Ucar rayonu hissəsində körpü uçub, avtomobillərin bu yolla hərəkəti dayandırılıb

Bakı-Qazax yolunun Ucar rayonu hissəsində körpü uçub, avtomobillərin bu yolla hərəkəti dayandırılıb
# 17 yanvar 2009 17:29 (UTC +04:00)
2 metr dərinliyində su kanalının üzərindəki 24 metr uzunluğunda 3 aşırımlı körpünün iki plitəsinin çökməsi nəticəsində avtomobillərin bu istiqamətdə hərəkəti dayandırılıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 31 saylı Yol İstismar İdarəsinin rəisi Füzuli Hacıyev APA-nın yerli bürosuna bildirib ki, 50 il əvvəl tikilmiş körpü ağır yük avtomobillərinin hərəkəti nəticəsində istismara yararsız vəziyyətə düşüb: “Körpünün bir müddət əvvəldən uçmaq təhlükəsi yaranıb. 1 aydır ki, biz körpünü daim nəzarətdə saxlayırdıq. Hazırda Bakı-Qazax yolunun Kürdəmir-Ucar hissəsi İtaliyanın “Tobbino” şirkəti tərəfindən yenidən qurulur. Uçan körpü də yenidən qurulan əraziyə düşür. Körpü də daxil olmaqla, yolun həmin hissəsinin yanvarın sonuna kimi yenidən qurularaq istismara verilməsi nəzərdə tutulurdu. Lakin körpü uçduğundan bu işlərin icrası bir qədər də sürətlənəcək”.

Avtomobillərin bu istiqamətdə hərəkətinin dayandırıldığını deyən idarə rəisi hazırda
alternativ olaraq Kürdəmir-Qaraməryəm-Göyçay-Ucar yolundan istifadə olunduğunu söyləyib. F. Hacıyev hazırda körpünün yanında kanal üzərində müvəqqəti körpü qurulması işlərinə başlanıldığını söyləyib: “Əraziyə iri borular gətirilib. Həmin borular uçmuş körpünün yanında kanal üzərinə qoyulacaq, boruların üstünə isə beton plitələr düzülməklə, müvəqqəti körpü qurulacaq. Məqsəd əsas körpü tikilib istifadəyə verilənə kimi avtomobillərin bu yolla hərəkətini bərpa etməkdir. Yəqin ki, sabah günün ikinci yarısında avtomobillərin hərəkəti bərpa ediləcək ”.

Kürdəmir və Ucar rayonlarının Polis şöbələrindən isə APA-nın yerli bürosuna bildirilib ki, hadisə ilə bağlı hər iki rayonunun yol polisləri gücləndirilmiş iş rejimində işləyir. Körpüyə yaxın ərazilərdə polis postları qurulub. Yol polisləri hərəkətin tənzimlənməsi və avtomobillərin alternativ yola istiqamətləndirilməsi üçün lazımi tədbirlər görürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR