Bank Of Baku

Mingəçevirdə etiraz aksiyası keçirilib

Mingəçevirdə etiraz aksiyası keçirilib
# 18 yanvar 2009 13:44 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Fəaliyyəti dayandırılan “Rəşad-2000” MMC-nin 60-dan çox işçisi bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə doğru yürüş edib. APA-nın yerli bürosunun məlumatına görə, Mingəçevir şəhərində fəaliyyət göstərən “Rəşad-2000” MMC-nin 60-dan çox işçisi müəssisənin fəaliyyətinin dayandırılmasına etiraz edir.

Qeyd edək ki, 2008-ci ilin iyununda fəaliyyətə başlayan “Rəşad-2000” MMC-də (şəhərdə daha çox “Nərgiz” tikiş fabriki kimi tanınır-red.) işlər elə həmin il oktyabrın sonlarından dayandırılıb. İlk günlər fabrikin rəhbərliyi bunu müəssisədə sənədləşmə işlərinin aparılması ilə əlaqələndirsə də, sonradan müəssisənin bağlanmasının daha ciddi səbəbləri olduğu üzə çıxıb. Aksiya iştirakçılarının sözlərinə görə, müəssisə birbaşa şəhər rəhbərliyinin göstərişi ilə bağlanıb və satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, “Nərgiz” tikiş fabriki, əsasən, daxili bazar üçün məhsul istehsalı ilə məşğul olub. 80 tikiş maşınının və digər avadanlıqların mövcud olduğu müəssisədə 100-ə yaxın işçi çalışıb.

Müəssisənin qarşısında keçirilən etiraz aksiyasından sonra işçilər Mingəçevir şəhər İcra Hakimiyyətində olublar. Burada onları şəhər icra hakimiyyəti başçısının 1-ci müavini İlham İsmayılov qəbul edib və müəssisənin fəaliyyətinin yenidən bərpa ediləcəyinə söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR