Bank Of Baku

Azərbaycan paytaxtının Nəsimi rayonunda partlayış baş vermiş bina sökülməyəcək

Azərbaycan paytaxtının Nəsimi rayonunda partlayış baş vermiş bina sökülməyəcək
# 19 yanvar 2009 08:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Nəsimi rayonu Cavad xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası sökülməyəcək”. Bu sözləri APA-ya açıqlamasında Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov deyib. Onun sözlərinə görə, hazırda sözügedən ərazidə təmizləmə işləri və istintaq tədbirləri davam etdirilir. Partlayış nəticəsində binanın dördüncü blokunun 57, 58, 59 və 60-cı mənzillərinin tam yararsız hala düşdüyünü vurğulayan komissiya sədri toplanmış bütün sənəd və materialların Nazirlər Kabinetinə göndərildiyini söyləyib: “Yaşayış binasına dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə toplanmış bütün materiallar Nazirlər Kabinetinə göndərilib. Yaxın günlərdə bina sakinlərinə dəymiş ziyan müəyyən ediləcək. Həmçinin, yaşayış binasının bərpası barədə qərar veriləcək”.

Qeyd edək ki, yanvarın 16-da saat 16.00 radələrində Bakının Nəsimi rayonu Cavad xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 60-cı mənzilində partlayış baş verib. Partlayışın qaz sızmasından baş verdiyi tam sübuta yetirilib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR