Bank Of Baku

Azərbaycan paytaxtının Nəsimi rayonunda yaşayış binasında baş vermiş partlayışla əlaqədar bir nəfər həbs olunub - YENİLƏNİB

Azərbaycan paytaxtının Nəsimi rayonunda yaşayış binasında baş vermiş partlayışla əlaqədar bir nəfər həbs olunub - <font color=red>YENİLƏNİB </font>
# 19 yanvar 2009 08:16 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, yanvarın 16-da baş vermiş partlayışla əlaqədar həmin binanın 60 saylı mənzilində yaşayan Əliyev Orxan Rəhim oğlu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin onun günahı ucbatından baş verdiyi bildirilir. Məlumatda, həmçinin, onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 187-ci (əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işinin başlanıldığı bildirilir.

Bakı şəhər prokurorunun birinci müavini Fazil Həsənəliyev isə APA-ya açıqlamasında saxlanılan O. Əliyevin Şirvan şəhər sakini olduğunu və adıçəkilən ünvanda kirayədə yaşadığını bildirib: “Orxan Əliyev tərəfimizdən şübhəli şəxs qismində saxlanılıb. Hadisənin Orxanın yaşadığı mənzildə qeydə alınması partlayışın da məhz onun səhlənkarlığı ucbatından baş verdiyini söyləməyə əsas verir. Hər halda bütün versiyalar araşdırılır və istintaq davam edir. Yekun rəy isə istintaq başa çatandan sonra veriləcək”.

Qeyd edək ki, yanvarın 16-da saat 16.00 radələrində Bakının Nəsimi rayonu Cavad xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 60-cı mənzilində partlayış baş verib. Partlayışın qaz sızmasından baş verdiyi tam sübuta yetirilib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR