Bank Of Baku

Bakıda bıçaqlaşma olub

Bakıda bıçaqlaşma olub
# 19 yanvar 2009 08:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının tikinti materialları bazarında bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Z. Bünyadov prospektində yerləşən tikinti materialları bazarında baş verib. 1985-ci il təvəllüdlü Məmmədov İlqar Asif oğlu naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb. Xəsarət alan şəxs 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Məlikov İlham Hüseyn oğlu tutularaq məsuliyyətə cəlb edilib. İlkin araşdırmalara görə, hadisə şəxsi münaqişə zəmnində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR