Bank Of Baku

Azərbaycan paytaxtında saxta pul kəsən qrup zərərsizləşdirilib - YENİLƏNİB

Azərbaycan paytaxtında saxta pul kəsən qrup zərərsizləşdirilib - <font color=red>YENİLƏNİB</font>
# 19 yanvar 2009 08:42 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Nəsimi rayon Polis İdarəsinin Mühafizə Polisi Bölməsi və 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Bəyalıyev Elşad Şahin oğlu və Şamaxı rayon sakini, 1987-ci il təvəllüdlü Əmirov Ümüd Soltan oğlu saxta əskinaz hazırlamaqda şübhəli bilinərək saxlanılıblar. Onların kirayədə yaşadıqları Ü. Ələkbərov küçəsində yerləşən mənzilə baxış keçirilərkən oradan, 1 ədəd HP Deskjet F-4283 markalı sürət çıxarma aparatı, 29 ədəd saxta 1 manatlıq, 31 ədəd isə 5 manatlıq əskinaz aşkar edilərək götürülüb. Aparılan araşdırmalar nəticəsində həmçinin təqsirləndirilən şəxslərin saxta yolla hazırladıqları pulların 56 manatını paytaxtda fəaliyyət göstərən “Prins-444” disko barında, bir qismini isə marşrutlarda xərclədikləri məlum olub. Cinayətkarlar hazırladıqları saxta pulları növbəti dəfə dövriyyəyə buraxarkən həbs ediliblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR