Bank Of Baku

Azərbaycanın daxili işlər naziri polisin və Daxili Qoşunların şəxsi heyətinin gücləndirilmiş iş rejiminə keçməsi barədə xüsusi göstəriş verib

Azərbaycanın daxili işlər naziri polisin və Daxili Qoşunların şəxsi heyətinin gücləndirilmiş iş rejiminə keçməsi barədə xüsusi göstəriş verib
# 19 yanvar 2009 09:39 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib. S. Gözəlov deyib ki, göstərişdə yanvarın 20-də keçiriləcək mərasimlər zamanı baş verə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə saat 07.30-dan tədbirlərin sonunadək daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyətinin gücləndirilmiş iş rejiminə keçməsi, ictimai qayda və təhlükəsizliyin təmin edilməsi üçün əlavə qüvvələrin ayrılaraq, müvafiq tədbirlər görülməsi əksini tapıb.

Eyni zamanda göstərişdə mərasimlər keçirildiyi vaxtlarda baş verə biləcək hüquqazidd əməllərin qarşısının alınması məqsədilə müvafiq təbirlər görülməsi, bu sahədə işin təşkili ilə bağlı əməliyyat aparatının qüvvə və vasitələrindən səmərəli istifadə edilməsi tapşırılıb. Həmçinin, göstərişdə qeyd olunub ki, Şəhidlər Xiyabanı ətrafındakı yollarda və tədbirlər keçirilən digər ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tənzimlənməli, şəhidlərin xatirəsinin yad olunması məqsədilə yanvarın 20-də saat 12.00-da avtomobil sürücülərinin xüsusi səsli siqnallar verməsi üçün müvafiq tədbirlər görülməlidir.

Nazir şəhər, rayon polis orqanlarının şəxsi heyəti ilə keçirilən görüşlərdə 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətinin bir daha izah olunması, şəhidlərin xatirəsinin yad edilməsi barədə də göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR