Bank Of Baku

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini: “Əli İnsanovun müalicəsinə başlanıb”

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini: “Əli İnsanovun müalicəsinə başlanıb”
# 19 yanvar 2009 10:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Əli İnsanovun 6 nəfərdən ibarət həkim komissiyası tərəfindən müayinəsinin nəticələri ilə bağlı rəyi onun özünə təqdim olunub. Müayinənin nəticəsinə uyğun olaraq, isə müalicə prosesi başlanılıb”.
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini Murad Süleymanov bildirib.
M. Süleymanovun sözlərinə görə, müayinənin nəticələri haqda sənəd onun imzası ilə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə göndərilib və bu sənəd Ə. İnsanova təqdim edilib. O, müdafiə tərəfinin müayinənin nəticələrinin onlara təqdim olunmaması haqda açıqlamalarının əsassız olduğunu bildirib. M. Süleymanov deyib ki, hazırda müayinəyə uyğun olaraq, müalicə prosesi aparılır: “Əli İnsanovun səhhətindəki problemlər onun həyatı üçün təhlükə doğurmur. Sağalması isə müalicənin və onun orqanizmində gedən dinamikadan asılıdır. Müsbət dinamika tez müəyyən olunarsa, müalicə prosesi dayandırıla bilər. Əli İnsanov müasir avadanlıqlar və üsullarla müayinə olunub. Müayinənin nəticələrində heç bir problem yoxdur”.
Qeyd edək ki, Ə. İnsanovun vəkili Toğrul Babayev müayinəni aparan komissiyanın rəyinin onlara təqdim olunmadığını bildirib.
Ə. İnsanovu müayinə edən komissiya onda hipertoniya, xroniki kolit əlamətlərinin mövcudluğu, fəqərəarası disklərdə qabarma yaranması, kökcük sindromunun olması, aktiv vərəm aşkarlanmaması barədə rəy açıqlayıb.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi sabiq səhiyyə nazirin şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Ə. İnsanov bu qərara uyğun olaraq Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR