Bank Of Baku

Bakıda, Ağcabədidə və Qobustanda baş verən yol qəzaları ölümlə nəticələnib

Bakıda, Ağcabədidə və Qobustanda baş verən yol qəzaları ölümlə nəticələnib
# 19 yanvar 2009 10:46 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 00.30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Nail Xudiyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə N. Xudiyev hadisə yerində dünyasını dəyişib. Onun xəsarət alan sərnişini, həmyerlisi Türkanə Hüseynova isə xəstəxanaya yerləşdirilib. Dünən saat 21.00 radələrində Ağcabədi rayonu ərazisində, rayon sakinləri Anar Qasımovun idarə etdiyi "VAZ-2107" markalı və Xanlar İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış X. İbrahimov, A. Qasımov və sərnişinləri, həmyerliləri Elçin Məmmədov və Bəxtiyar Əliyev xəstəxanaya yerləşdiriliblər. A. Qasımov və E. Məmmədov orada dünyalarını dəyişiblər.
Qobustan rayonunun Cəngi qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Bakı şəhər sakinləri Qulamrza Həsənovun idarə etdiyi "Mercedes" markalı və Fərid Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomaşınların toqquşması nəticəsində Q. Həsənov hadisə yerində dünyasını dəyişib. Xəsarət almış sərnişinləri, həmyerlisi Laçın Hacıyev və Salyan rayon sakini Seyidburhan Ağalarov xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR