Bank Of Baku

Məhkəmə Əli İnsanovun oğlunun iddiasını təmin etməyib

Məhkəmə Əli İnsanovun oğlunun iddiasını təmin etməyib
# 19 yanvar 2009 12:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun oğlu Vidadi İnsanovun Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı qaldırdığı iddia ilə bağlı Əzizbəyov rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Əzizbəyov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əzizbəyov rayon Məhkəməsi Vidadi İnsanovun atası, keçmiş səhiyyə naziri Əli İnsanovun müəllifi olduğu və Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunmuş “Tuperkulyoz” kitabının 1000 nüsxəsinin gömrükdən buraxılmaması ilə bağlı iddiasını əsassız hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR