Bank Of Baku

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsinə cəhd göstərilib

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsinə cəhd göstərilib
# 19 yanvar 2009 12:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün “Hədəf” Gənclər Koalisiyasının bir qrup üzvü İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. APA-nın xəbərinə görə, polis İsrailin Fələstində apardığı hərbi əməliyyatlara etiraz əlaməti olaraq təşkil olunan piketin keçirilməsinə imkan verməyib. 8 aksiya iştirakçısı saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb.
Aksiya iştirakçıları bildiriblər ki, onlar səfirliyin qarşısına qara lentlə bağlanan gül qoyub getmək istəsələr də, polislər buna imkan verməyiblər.
Aksiyanın qətnaməsində İsrailin baş verənlərə görə, dünya xalqlarından, fələstinlilərdən üzr istəməsi, hərbi əməliyyatların dayandırılması tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR