Bank Of Baku

Azərbaycanda partiya sədri tikinti şirkətini məhkəməyə verib

Azərbaycanda partiya sədri  tikinti şirkətini məhkəməyə verib
# 19 yanvar 2009 13:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində yeni yaradılan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Gənc Alim” Mənzil Tikinti Kooperativinə (MTK) qarşı iddiasına baxılacaq. Məhkəmədən APA-ya verilən məlumata görə, Q. Əlibəyli məhkəmədə MTK tərəfindən pozulan hüquqlarının bərpasını tələb edəcək. Məhkəmə prosesi yanvarın 22-də hakim İlham Əsədovun sədrliyi ilə keçiriləcək.
İddiaya görə, Q. Əlibəyli 1989-cu ildə yaradılan “Gənc Alim” MTK-nın təsisçilərindən biri olub. 1992-ci ildə MTK öz fəaliyyətini dayandırıb. 2004-cü ildən sonra kooperativin fəaliyyəti bərpa olunaraq, paytaxt ərazisində bina tikintisi ilə məşğul olub. Q. Əlibəyliyə isə həmtəsisçi olaraq, qurumun yenidən fəaliyyətə başlaması və işin kim tərəfindən aparılması barədə məlumat verilməyib.
Qeyd edək ki, partiya sədri məsələnin aydınlaşdırılması, MTK-nın fəaliyyəti barədə ümumi iclasın qərarının ləğv edilməsi və pozulmuş hüquqların bərpası tələbinə dair Yasamal rayon Məhkəməsinə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin etmədiyindən Q. Əlibəyli qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR