Bank Of Baku

Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının fövqəladə iclası keçiriləcək

Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının fövqəladə iclası keçiriləcək
# 19 yanvar 2009 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Fransanın Strasburq şəhərində Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının (BHVA) fövqəladə iclası keçiriləcək. BHVA-nın həmsədri Arzu Abdullayevanın APA-ya verdiyi məlumata görə, yanvarın 22-də keçiriləcək iclasda Yaxın Şərq problemi, İsrailin Qəzzada apardığı hərbi əməliyyatların səbəbləri, münaqişənin qarşısının alınması yolları, o cümlədən mədəniyyətlərarası münasibətlər müzakirə olunacaq. Rusiyada yaşayan qeyri-ruslara olan mənfi münasibət də assambleyanın yığıncağında müzakirə mövzusu olacaq.
A. Abdullayevanın sözlərinə görə, BHVA Rusiyada xarici vətəndaşlara olan münasibətdən narahatdır: “Bu məsələ artıq Avropa ictimaiyyətini narahat edir. Çünki Rusiyada xarici vətəndaş olduğundan təzyiq və təhqirlərə məruz qalan şəxslərin sayı artmaqdadır”.
A. Abdullayeva deyib ki, yanvarın 29-da isə BHVA-nın daha geniş tərkibli iclası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR