Bank Of Baku

Hüquq müdafiəçiləri Strasburqa səfər edəcək

Hüquq müdafiəçiləri Strasburqa səfər edəcək
# 19 yanvar 2009 14:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edəcək Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparacaqlar. Bu barədə APA-ya hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib. Onun sözlərinə görə, monitorinq qrupunun üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva müzakirələrdə Azərbaycanda həbsdə olan jurnalistlərin, xəstə məhbusların azadlığa buraxılmasının zəruriliyini vurğulayacaqlar. A. Abdullayeva deyib ki, AŞ PA-nın komitələrində Azərbaycandakı seçki mühiti, bələdiyyələrdə islahatların aparılması vacibliyi də müzakirə mövzusu olacaq: “AŞ PA-nın aidiyyatı komitələrində keçirilən görüşlərdə Azərbaycanda siyasi məhbus problemi müzakirəyə çıxarılacaq. Dövlətə xəyanətdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilən “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun da siyasi məhbus olmasına dair məlumatlar bu quruma bildiriləcək”.
Hüquq müdafiəçisi bildirib ki, səfər çərçivəsində Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsində də görüş keçiriləcək. A. Abdullayeva Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovla bağlı da AŞ-da məsələ qaldıracağını söyləyib: “Etimad İsmayılov mənəvi təzyiqə məruz qalır. Onun saxlanma şəraiti acınacaqlı vəziyyətdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR