Bank Of Baku

Ötən il Azərbaycanda qeydə alınan cinayətlərin 5,3 faizi dövlət hakimiyyəti orqanlarının əleyhinə yönəlib

Ötən il Azərbaycanda qeydə alınan cinayətlərin 5,3 faizi dövlət hakimiyyəti orqanlarının əleyhinə yönəlib
# 19 yanvar 2009 14:49 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2008-ci ildə ölkədə 21 692 və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 253 cinayət hadisəsi qeydə alınıb. Qeydə alınan cinayətlərin 35,5 faizi şəxsiyyət əleyhinə, 30 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 29,2 faizi iqtisadi sahədə, 5,3 faizi isə dövlət hakimiyyəti orqanlarının əleyhinə yönəldilib. Bu cinayətlərin 236-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 215-i qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam oğurluğu (onlardan 17-si evlənmək məqsədilə qadın oğurluğu) cinayətlərinə aiddir. Qeydə alınmış cinayətlərin 373-ü xarici ölkə vətəndaşları tərəfindən törədilib ki, bunlardan da 160-ı MDB ölkələrinin payına düşür.
Ötən il ərzində həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində qeydə alınmış cinayətlərin 16 094-nün üstü açılıb. Üstü açılmış cinayətlərin 2101-i əvvəllər cinayət törətmiş şəxslər, 1844-ü bir qrup şəxs, 618-i sərxoş vəziyyətində olan şəxslər tərəfindən və 487-si 18 yaşına qədər olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə, 2,4 faizi narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilib. Ötən il ərzində aşkar edilmiş 18 312 nəfər hüquqpozucunun 77 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilənlərin 82 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 9 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4 faizi sərxoş vəziyyətində olan şəxslər və 14 faizi qadınlardır. 2008-ci il ərzində törədilmiş cinayətlər nəticəsində 11 392 nəfər zərər çəkmiş, 1342 nəfər isə həlak olub. Həlak olanların 7,2 faizi 18 yaşına qədər olan uşaqlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR