Bank Of Baku

Ötən il yol qəzalarında 1052 nəfər ölüb

Ötən il yol qəzalarında 1052 nəfər ölüb
# 19 yanvar 2009 14:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. 2008-ci ildə Azərbaycanda baş verən yol qəzalarında 1052 nəfər dünyasını dəyişib. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata örə, ölkənin avtomobil yollarında 2008-ci il ərzində 2970 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2007-ci illə müqayisədə 4,3 faiz aşağıdır. Baş vermiş yol qəzaları nəticəsində 4284 şəxs zərər çəkib, 3232 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, o cümlədən 1052 nəfər isə həlak olub. Qeydə alınan bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 37,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR