Bank Of Baku

Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda bədbəxt hadisə baş verib

Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda bədbəxt hadisə baş verib
# 19 yanvar 2009 15:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. “Azərquraşdırma” Təmir-Tikinti Şirkətinin işçisi hündürlükdən yıxılaraq ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Tağıyev qəsəbəsində yerləşən Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda baş verib. Adıçəkilən zavodda müqavilə əsasında çalışan, “Azərquraşdırma” Təmir-Tikinti Şirkətinin işçisi, Hacıqabul rayon sakini, 1964-cü il təvəllüdlü Mətləb Ramazan oğlu Atamalıyev iş başında ikən hündürlükdən yıxılıb. Zərərçəkən aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR