Bank Of Baku

MTN-in Akademiyasında 20 yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilib

MTN-in  Akademiyasında 20 yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilib
# 19 yanvar 2009 15:43 (UTC +04:00)
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunan tədbir keçirilib. MTN-nin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. İ. Allahverdiyev Azərbaycanda baş vermiş qanlı olaylardan dərhal sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd edib. Tədbirdə çıxış edən müdavimlər də 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşüb, hazırda MTN-in Heydər Əliyev adına Akademiyasının müdavimi, gələcəkdə isə bir zabit olaraq Azərbaycanının müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bundan sonra da bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR