Bank Of Baku

Kürdəmir sakinini qatar vurub

Kürdəmir sakinini qatar vurub
# 19 yanvar 2009 16:03 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Kürdəmir rayon sakini qatarın altında qalaraq ölüb. Bu barədə APA-nın yerli bürosuna Kürdəmir rayon Prokurorluğundan bildirilib.
Rayonun Karlar kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Ramal Cilovxan oğlunu yaşadığı ərazidən keçən Bakı-Tiflis dəmir yolu xətti ilə Bakıya doğru hərəkət edən qatar vurub. 23 yaşlı R. Hüseynov hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR