Bank Of Baku

Masallıda kürəkən qayınanasını bıçaqlayıb

Masallıda kürəkən qayınanasını bıçaqlayıb
# 20 yanvar 2009 07:21 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallıda bıçaqlanma hadisəsi baş verib. Masallı rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. İki ailə arasında yaranmış münaqişə zəminində kənd sakini Novruz Əliyev qayınanası 1957-ci il təvəllüdlü Anaxanım Əliyevaya müxtəlif bədən xəsarətləri yetirib. A. Əliyeva Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkmişin həyat yoldaşı Nadir Əliyev bildirib ki, hadisənin baş verməsinə səbəb qızı Məsumə Əliyevanın 6 ay bundan əvvəl ailə qurduğu Novruz Əliyev tərəfindən incidilərək evdən qovulması olub. Faktla bağlı Masallı rayon Polis Şöbəsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR