Bank Of Baku

Azərbaycanın Gəncə şəhərində ata oğlunu avtomatla güllələyib - YENİLƏNİB

Azərbaycanın Gəncə şəhərində ata oğlunu avtomatla güllələyib - <font color=red>YENİLƏNİB </font>
# 20 yanvar 2009 08:28 (UTC +04:00)
Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, C. Əliyev baş nahiyəsindən yaralanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətin kafi olduğunu bildirirlər.

Hadisəni törədən Y. Əliyev artıq saxlanılıb.

Məlumata görə, Y. Əliyev hadisəni törədən zaman sərxoş vəziyyətdə olub. Onun mənzilinə baxış keçirilən zaman 3 avtomat xəzinəsi aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah saxlama) və 129.1 (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR