Bank Of Baku

Abid Şərifov: “Yaxın günlərdə Azərbaycanda təbii qazdan istifadə ilə bağlı kütləvi yoxlamalara başlanacaq”

Abid Şərifov: “Yaxın günlərdə Azərbaycanda təbii qazdan istifadə ilə bağlı kütləvi yoxlamalara başlanacaq”
# 20 yanvar 2009 09:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə baş nazirin müavini Abid Şərifov bildirib. A. Şərifov deyib ki, təbii qazdan baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün ilk növbədə insanları maarifləndirmək lazımdır: “Qazdan düzün istifadə olunmalıdır. Maarifləndirmə işində mətbuat da yaxından iştirak etməlidir. Tək Bakıda yox, Azərbaycanın bütün bölgələrində qazdan qanunu pozaraq istifadə edirlər”.

A. Şərifov qeyd edib ki, Bakıda baş verən son partlayış təbii qazın standartlara uyğun olmayan rezin boru ilə çəkilməsi səbəbindən baş verib. Bir neçə gün əvvəl Nazirlər Kabinetində müvafiq dövlət qurumlarının iştirakı ilə müşavirə keçirildiyini bildirən baş nazirin müavini deyib ki, toplantıda təbii qazdan istifadə ilə bağlı respublika ərazisində kütləvi yoxlamalara başlanmasına qərar verilib. A. Şərifov yoxlamalara yaxın günlərdə başlanacağını deyib.

Baş nazirin müavini Cavad xan, 30 ünvanında yerləşən binada baş verən partlayış zamanı zərərçəkənlərin məsələsinin dövlətin nəzarətində olduğunu söyləyib: “Dövlət öz üzərinə düşün bütün vəzifələri yerinə yetirir. Problem aradana qaldırılana qədər əlimizdən gələni edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR