Bank Of Baku

Bakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Bakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib
# 20 yanvar 2009 09:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu dairəsində naməlum şəxslər 1963-cü il təvəllüdlü Abdullayev Məsim Heydər oğlunun taksi kimi idarə etdiyi “Azsamand” markalı, 90 AC 619 dövlət nömrə nişanlı avtomobilə minərək sürücüdən Türkan qəsəbəsinə sürməyi tələb ediblər. Mənzil başına çatanda həmin şəxslər sürücüyə bıçaqla hədə-qorxu gələrək 69 manatını alaraq hadisə yerindən uzaqlaşıblar. Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər - 1975-ci il təvəllüdlü Nəsirov Canur Əhmədağa oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Mirəhməd Nəsirov tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR