Bank Of Baku

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadislərinin ildönümü ilə bağlı anım mərasimi keçirilib

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadislərinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
# 20 yanvar 2009 11:35 (UTC +04:00)
Bakı-APA. 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində (DMX) anım mərasimi keçirilib. DMX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərindən danışılıb. 20 Yanvar hadisələrinin beynəlxalq aləmdə tanıdılması, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşıldığı mərasimdə xüsusi vurğulanıb. Mərasimin sonunda 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib.
Daha sonra DMX kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR