Bank Of Baku

Sumqayıtda qayınata kürəkənini bıçaqlayıb

Sumqayıtda qayınata kürəkənini bıçaqlayıb
# 20 yanvar 2009 11:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın Sumqayıt şəhərində qayınata kürəkənini bıçaqlayıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mübahisə zəmnində baş verib. Ağdam rayonundan məcburi köçkün olan, 1963-cü il təvəllüdlü Yəhya Hüseynqulu oğlu Səfərov qayınatası, 1952-ci il təvəllüdlü Nizami Mahmud oğlu Vəliyev tərəfindən bıçaqlanıb. Döş qəfəsinin sol nahiyyəsindən iki bıçaq zərbəsi alan Y. Səfərov Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Hadisəni törədən N. Vəliyev isə saxlanılıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR