Bank Of Baku

21 yaşlı Ağdaş sakini özünü öldürüb

21 yaşlı Ağdaş sakini özünü öldürüb
# 20 yanvar 2009 17:12 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ərəb kənd sakini, 1988-cü il təvəllüdlü Cəbiyev Vüsal Nüsrət oğlu yeni tikdirdiyi evin dam örtüyündə özünü asıb. Onun meyiti kəndirdən asılı vəziyyətdə dünən aşkar olunub. Evin tikintisi tam başa çatmadığından və orada yaşayış olmadığından mərhumun valideynləri hadisədən bir müddət sonra xəbər tutublar.

Qeyd edək subay olan 21 yaşlı V. Cəbiyev heç yerdə işləməyib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR