Bank Of Baku

Azərbaycan paytaxtında qardaş qardaşı bıçaqlayıb

Azərbaycan paytaxtında qardaş qardaşı bıçaqlayıb
# 21 yanvar 2009 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda qardaş qardaşı bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın 823-cü keçidində baş verib. Dənizçilik məktəbinin yataqxanasında yaşayan, Füzuli rayonundan məcburi köçkün, 1978-ci il təvəllüdlü Səlimov Natiq Şirvan oğlu şəxsi münaqişə zəminində yaşadığı ünvanda qardaşı, 1983-cü il təvəllüdlü Daşqını bıçaqlayıb. Döş qəfəsindən daxilə keçən bıçaq zərbəsi alan D. Səlimov Əfəndiyev adına 2 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Səlimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR