Bank Of Baku

Bakıda 70 yaşlı qadın yol qəzasında ölüb

Bakıda 70 yaşlı qadın yol qəzasında ölüb
# 21 yanvar 2009 07:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda baş verən yol-qəzasında 70 yaşlı qadın dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Naximov küçəsində baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Novruzov Elnur Çərkəz oğlu idarə etdiyi “Mercedes” markalı, 10 NB 672 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü Məmmədova Səkinə Nəsir qızını vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan S. Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR