Bank Of Baku

Tulada azərbaycanlı qətlə yetirilib

Tulada azərbaycanlı qətlə yetirilib
# 21 yanvar 2009 07:54 (UTC +04:00)
Tula-APA. Tulanın Zareçenski rayonunda azərbaycanlılarla yerli sakinlər arasında vaş verən dava soydaşlarımızın birini qətlə yetirilməsi ilə nəticələnib. APA-nın məlumatına görə, içkili vəziyyətdə olan beş nəfər Tula sakini “Taym” oyun avtomatları zalının qarşısında duraraq binadan çıxanlara sataşıblar. Onlar həmin vaxt binadan çıxan Hacıyev və Əzizov soyadlı azərbaycanlılara söz atmağa başlayıblar. Nəticədə mübahisə baş verib və soydaşlarımız yerli sakinləri kəsilmiş butulka ağzı ilə vurublar. Daha sonra Əzizov soyadlı azərbaycanlı maşına minərək gedib, Hacıyev isə sərxoş sakinlərdən yaxa qurtarmaq üçün yaxınlıqdakı mağazaya girib. Onun ardınca gedən sərxoş sakinlər Hacıyevə çoxsaylı zərbələr endiriblər. Soydaşımız hadisə yerində keçinib, qətli törədənlər isə aradan çıxıblar. Faktla bağlı “qətl” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR