Bank Of Baku

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı Bakıda həbs edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı Bakıda həbs edilib
# 21 yanvar 2009 07:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qasımov Teymur Məlikağa oğlundan 23,836 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları həmçinin əməliyyatın davamı olaraq heroini T. Qasımova satan İran İslam Respublikasının vətəndaşı Bakhshi Pahsa Alamgholini də həbs ediblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR