Bank Of Baku

Bakıda tikinti şirkətlərindən oğurluq edən şəxs tutulub

Bakıda tikinti şirkətlərindən oğurluq edən şəxs tutulub
# 21 yanvar 2009 08:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda tikinti şirkətlərindən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün, “Az İmport” şirkətinin Nəriman Nərimanovun abidəsinin ətrafında abadlıq işləri aparan əməkdaşı, 1950-ci il təvəllüdlü Mehdiyev Faiq Cavid oğluna məxsus perferator, mərmər kəsən aparat və müxtəlif alətlər oğurlanıb. İ. Qurtqaşınlı küçəsində isə, 1980-cı il təvəllüdlü Sarıyev Emin Tofiq oğluna məxsus, “Astoriya” MMC şirkətinin yeni inşa etdiyi binanın həyətində direl və laqonda oğurlanması barədə Yasamal Rayon Poils İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub. Hər iki fakt üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Əzimzadə Ramin Böyükağa oğlu tutularaq məsuliyyətə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR